İran XİN erməni təxribatına münasibət bildirdi

 İran XİN erməni təxribatına münasibət bildirdi
  13 İyul 2020    Oxunub:3054
İran Azərbaycan hərbçilərinin şəhid olmasına təəssüflənir və tərəfləri təmkinli olmağa çağırır.
Azvision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

XİN rəsmisi vurğulayıb ki, rəsmi Tehran bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

“İran dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bəyan edib”.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ  





Xəbər lenti