Çində son sutkada 8 yoluxma qeydə alındı

Çində son sutkada 8 yoluxma qeydə alındı
  13 İyul 2020    Oxunub:2487
Çində son sutka ərzində koronavirusa 8 aktiv yoluxma, 6 asimptomatik hal aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, daha 14 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Bütün yeni yoluxma halları ölkəyə idxal olunub.

Ümumilikdə, Çində indiyədək 83 602 nəfər koronavirus infeksiyasına yoluxub, 78 648 nəfər sağalıb, 4634 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti