Bu gün şəhid olan hərbçilərimiz - FOTOLAR

  12 İyul 2020    Oxunub : 14027
   Bu gün şəhid olan hərbçilərimiz -    FOTOLAR
Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın fotolarını təqdim edirik:


(Çavuş Sadıqov Vüqar Lətif oğlu)


(Baş əsgər Məmmədov Elşad Dönməz oğlu)


(Əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu)

Azvision.az

Teqlər: Şəhid   Döyüş