İtaliyada virusa yoluxma sayı 243 mini keçdi

  12 İyul 2020    Oxunub : 2890
İtaliyada virusa yoluxma sayı 243 mini keçdi
İtaliyada son sutka ərzində 234 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 243 min 61 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 9 nəfər artaraq 34 min 954-ə çatıb, 194 min 928 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az

Teqlər: Italiya   Koronavirus