Ölkədə COVID-19-dan sağalanların sayı 15 mini keçdi

Ölkədə COVID-19-dan sağalanların sayı 15 mini keçdi
  12 İyul 2020    Oxunub:3904
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Aktiv xəstə sayı 8642 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Qərargah  





Xəbər lenti