İranda daha 194 nəfər koronavirusdan öldü

   İranda daha 194 nəfər koronavirusdan öldü
  12 İyul 2020    Oxunub:3588
İranda son sutka ərzində yeni növ koronavirusa 2186 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda indiyədək 257 303 nəfər virusa yoluxub, 219 993 xəstə sağalıb. Son sutkada 194 nəfər olmaqla, COVID-19 qurbanlarının sayı 12 829-a çatıb.

Hazırda 3359 xəstənin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti