Rusiyada daha 6615 nəfər koronavirusa yoluxdu

 Rusiyada daha 6615 nəfər koronavirusa yoluxdu
  12 İyul 2020    Oxunub:4068
Rusiyada son sutka ərzində daha 6615 nəfər koronavirus infeksiyasına yoluxub, bununla ölkə üzrə ümumi yoluxma sayı 727 162-yə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə virusdan 130 nəfər ölüb.

Rusiyada pandemiya qurbanlarının sayı 11 335 nəfərdir. İndiyədək 501 061 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti