Rusiyalı həkimlər kömək üçün Azərbaycana gəlir

 Rusiyalı həkimlər kömək üçün Azərbaycana gəlir
  12 İyul 2020    Oxunub:4796
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin mütəxəssisləri və könüllü həkimlər qrupu koronavirus pandemiyası ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir.
Azvision.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həkimlər artıq Bakıya yola düşüblər.

Həkim briqadasının tərkibinə pulmonoloq, revmatoloq və epidemioloq daxil olmaqla beş mütəxəssis daxildir. Onlar Azərbaycanda tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə kömək edəcək, epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı təcrübələrini bölüşəcəklər.

Qeyd edilib ki, Seçenov Universitetinin həkimləri ilə birlikdə Azərbaycana Moskvanın tibb müəssisələrində, Odintsov, Norilskdə işləyən 17 həkim yola düşüb.

Azvision.az


Teqlər: Rusiya   Həkim  





Xəbər lenti