İtaliyada koronavirusla bağlı yeni statistika

İtaliyada koronavirusla bağlı yeni statistika
  12 İyul 2020    Oxunub:4489
İtaliyada son sutka ərzində 188 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 242 min 827 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 7 nəfər artaraq 34 min 945-ə çatıb, 194 min 579 nəfər müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti