Türkiyədə koronavirusdan sağalanların sayı artır

   Türkiyədə koronavirusdan sağalanların sayı artır
  12 İyul 2020    Oxunub:4676
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1016 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5344, virusa yoluxanlar isə 211 min 981 nəfərə çatıb.

Türkiyədə indiyədək 193 min 217 xəstə (son sutkada 1334 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti