Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərdi

 Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərdi
  11 İyul 2020    Oxunub:4817
Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb.
Bu barədə Azvision.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Azvision.az


Teqlər: Əli-Əsədov   Baş-Nazir   Sorğu  





Xəbər lenti