Gələn həftə hava necə olacaq? - PROQNOZ

  11 İyul 2020    Oxunub : 4842
   Gələn həftə hava necə olacaq? -    PROQNOZ
Gələn həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin iyulun 14-15-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, cənub küləyi 8-13 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu həftənin birinci yarısında gecə 22-25°, gündüz 30-35° isti olacaq.

Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyinin sürəti saniyədə 8-13, iyulun 16-17-də arabir 15-20 metrədək güclənəcək. Havanın temperaturunun gecə 22-25°, gündüz 29-34° isti olacağı gözlənilir.

Həftənin birinci yarısında Azərbaycanın əsasən şimal və qərb rayonlarında, həftənin ikinci yarısında isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, həftənin ikinci yarısında arabir 18-23 metrədək güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, həftənin birinci yarısında bəzi yerlərdə 38° isti, dağlarda gecə 15-18°, gündüz 18-23° isti, həftənin birinci yarısında bəzi yerlərdə 25° isti olacağı ehtimalı var.

Azvision.az

Teqlər: Hava