Ölkədə COVID-19-a yoluxma sayı 23 mini keçdi

  11 İyul 2020    Oxunub : 3814
 Ölkədə COVID-19-a yoluxma sayı 23 mini keçdi
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya   Xəstə