Prezident monteneqrolu həmkarını təbrik edib

Prezident monteneqrolu həmkarını təbrik edib
  11 İyul 2020    Oxunub:3377
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.
Azvision.az- xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan–Monteneqro dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli və yüksələn xətlə inkişaf etməkdədir. İnanıram ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə möhkəmlənməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Monteneqro xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim rifah və əmin-amanlıq arzulayıram".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Təbrik  





Xəbər lenti