Parkda qanunsuz tikilən obyekt söküldü - VİDEO

Parkda qanunsuz tikilən obyekt söküldü -    VİDEO
  11 İyul 2020    Oxunub:5065
Bakının Nizami rayonunda vətəndaşların istirahəti üçün nəzərdə tutulan parkda qanunsuz tikilən obyekt sökülüb.
Azvision.az xəbər verir ki, parkın bir hissəsinin zəbt olunaraq qazanc məqsədilə obyekt tikilməsi həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Vətəndaşların şikayətindən sonra obyektin söküntüsünə başlanılıb.

Qeyd edək ki, sözügedən ərazidə yerləşən park "ABAD həyət" layihəsi çərçivəsində salınıb.



Azvision.az


Teqlər: Park  





Xəbər lenti