Yaponiyada leysan: 66 nəfər ölüb, 12 min ev dağılıb

   Yaponiyada leysan:    66 nəfər ölüb, 12 min ev dağılıb
  11 İyul 2020    Oxunub:4144
Yaponiyanın cənub-qərbindəki güclü yağışlar nəticəsində meydana gələn torpaq sürüşmələri və daşqınlar zamanı həlak olanların sayı 66 nəfərə çatıb, daha 14 nəfərin itkin düşdüyü bildirilir.
Azvision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb. Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasında artıq yeddi gündür ki, yağış yağır.

Hazırda güclü yağışların Yaponiyanın mərkəzi Hönşü adasında yerləşən Qifu və Naqano prefekturalarına çatdığı bildirilir. Yaponiya Meteorologiya Agentliyi həmin prefekturalarda fövqəladə xəbərdarlığı ən yüksək səviyyə qaldırıb.

Bildirilir ki,təbii fəlakət ölkə iqtisadiyyatına 109 milyon dollar ziyan vurub. Bundan başqa, 11 prefekturada 12 mindən çox ev dağılıb.

Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti