Ermənistanda koronavirusa yoluxma sayı 31 mini keçdi

  11 İyul 2020    Oxunub : 3119
Ermənistanda koronavirusa yoluxma sayı 31 mini keçdi
Ermənistanda son sutka ərzində daha 489 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 31 392 nəfərə çatıb.

Son sutkada 13 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 559 nəfər olub.

İndiyədək 19 419 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 180 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19   Ermənistan