Köpək balığı sörfinq edən yeniyetməni öldürdü

Köpək balığı sörfinq edən yeniyetməni öldürdü
  11 İyul 2020    Oxunub:5747
Avstraliya sahillərində köpək balığının hücumu nəticəsində bir yeniyetmə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels əyalətinin polisi bildirib.

Məlumata görə, yeniyetmə Vuli çimərliyində sörfinqlə məşğul olan zaman köpək balığı ona hücum edib. Yaralanan oğlan sahilə gətirilib, ilkin tibbi yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan sonra hökumət yaxınlıqdakı çimərlikləri bağlayıb. Oxşar hadisə ötən şənbə günü Avstraliyanın Freyzer adasında baş vermişdi. Əyalətdə insanlar tez-tez köpək balığının hücumlarına məruz qalırlar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Köpəkbalığı   Avstraliya  





Xəbər lenti