İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı

   İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı
  11 İyul 2020    Oxunub:4172
Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.
Azvision.az xəbər verir ki, bu gündən 13 iyul saat 06:00-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Qeyd olunan ərazilərdə sərt karantin rejimi 20 iyul saat 06:00-dək uzadılıb.

Azvision.az


Teqlər: Avtobus  





Xəbər lenti