Koronavirus xəstələrindən 343-ü reanimasiyadadır

  10 İyul 2020    Oxunub : 3564
 Koronavirus xəstələrindən 343-ü reanimasiyadadır
Azərbaycanda koronavirusla bağlı 10 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7576 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 552 min 311-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 343, süni tənəffüs cihazında olan xəstə sayı 48-dir.

İndiyədək ölkədə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya