Bəzi rayonlar sərt karantin siyahısından çıxarıla bilər

  10 İyul 2020    Oxunub : 4819
 Bəzi rayonlar sərt karantin siyahısından çıxarıla bilər
"Epidemioloji vəziyyətin və statistikanın dəyişməsindən asılı olaraq, sərt karantin tətbiq olunan bölgələrin siyahısına hər hansı bir rayon daxil edilə və çıxarıla bilər".

Azvision.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bu, həmin ərazilərdə olan statistik məlumatlardan asılıdır:

"Hansı rayonlar siyahıya daxil deyilsə, o deməkdir ki, orada baş verən yoluxmalar nəzarət altındadır. Həmin ərazilərdə sərt karantinin tətbiq olunmasına ehtiyac görülmür. Amma bu siyahı dediyimiz məlumatlara uyğun olaraq dəyişə bilər".

Qeyd edək ki, hazırda Azərbaycanda 16 şəhər və rayonda sərləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Aytən Zəhra
Azvision.az

Teqlər: Brifinq   Karantin   Region