“Çimərliklər açılsa, axın çox olacaq” - TƏBİB rəsmisi

 “Çimərliklər açılsa, axın çox olacaq” -    TƏBİB rəsmisi
  10 İyul 2020    Oxunub:4889
Çimərliklərlə bağlı məsələ hamını narahat edir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi bildirib ki, çimərliklər açıq elan olunsa, oraya axın çox olacaq: "Kimisə içəri buraxıb, kimisə buraxmamaq olmaz. Burada çox ciddi problemlər ortaya çıxa bilər. Əsas məqsəd insanların kütləvi toplanmasının qarşısını almaqdır. Bu məsələ nəzarətdədir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Çimərlik   Karantin  





Xəbər lenti