Prezidentin köməkçisi: “İctimai nəqliyyatdan istifadə edirəm”

    Prezidentin köməkçisi:    “İctimai nəqliyyatdan istifadə edirəm”
  10 İyul 2020    Oxunub:6572
“Metronun bağlanması virusa yoluxmalarla bağlıdır”.

Azvision.az xəbər verir, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, o, özü də ictimai nəqliyatdan istifadə edir: “Avtobuslarda müəyyən sıxlıq olub, vizual müşahidələr də bunu göstərir. Ona görə Bakı Nəqliyyat Agentliyinin qarşısında tələb qoyulub ki, avtobuslar, o cümlədən, ekspress marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayları təhlil edilir. Həmçinin, vətəndaşdarın sıxlığına yol verməmək üçün fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da bu barədə müraciət olunub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtobsu   Sıxlıq  





Xəbər lenti