18 məhkumda koronavirus aşkarlandı

18 məhkumda koronavirus aşkarlandı
  10 İyul 2020    Oxunub:3774
Cəzaçəkmə müəssisələrində 18 məhkum koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkum, 4 saylı da isə 2 məhkumda koronavirus aşkar edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Məhkum  





Xəbər lenti