İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
  10 İyul 2020    Oxunub:2810
Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti