Rusiyada daha 6635 nəfər koronavirusa yoluxub

Rusiyada daha 6635 nəfər koronavirusa yoluxub
  10 İyul 2020    Oxunub:2893
Rusiyada son sutka ərzində daha 6635 nəfər koronavirus infeksiyasına yoluxub, ölkədə ümumi yoluxma sayı 713 936 -ya yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə virusdan 174 nəfər ölüb.

Ölkə üzrə pandemiya qurbanlarının sayı 11 017 nəfərdir. Son sutkada 7752 nəfər olmaqla, indiyədək 489 068 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti