1440 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi

  10 İyul 2020    Oxunub : 2268
 1440 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi
Xüsusi karantin rejimi qaydalarını pozan 1440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə Azvision.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, SiyəzənŞəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 09.07.2020-ci il saat 00:00-dan 10.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 287 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 151 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az

Teqlər: DYP   Cərimə