Boliviyanın müvəqqəti prezidenti virusa yoluxub

Boliviyanın müvəqqəti prezidenti virusa yoluxub
  10 İyul 2020    Oxunub:2109
Boliviya prezidentinin vəzifələrini müvəqqəti icra edən Janin Anyes koronavirusa yoluxub.
Azvision.az “Euronews”a istinadən xəbər verir ki, xanım prezident bu barədə özü açıqlama verib və COVID-19 testinin nəticəsinin müsbət olduğunu söyləyib.

O, 14 gün müddətində özünü təcrid edəcəyini, məsafədən işləyəcəyini vurğulayıb. Bundan əlavə, Anyes özünü yaxşı hiss etdiyini və güclü olduğunu bildirib.

Qeyd edək ki, Boliviyada sentyabrın 6-da prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Anyes rəy sorğularında üçüncüdür. İstefa edən prezident Evo Moralesin partiyasını təmsil edən keçmiş iqtisadiyyat naziri Luis Arce öndə, ikinci yerdə isə sabiq prezident Karlos Mesadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti