Almaniyada koronavirusa yoluxma sayı 198 mini ötüb

Almaniyada koronavirusa yoluxma sayı 198 mini ötüb
  10 İyul 2020    Oxunub:2052
Almaniyada son sutka ərzində daha 395 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, bir gündə 6 nəfər infeksiyadan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 9054, virusa yoluxanların sayı isə 198 178 nəfərə çatıb. İndiyədək 184 mindən çox xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (49 086), Şimali Reyn-Vestfaliya (44 645) və Baden-Vürttemberq (35 990) bölgələrində qeydə alınıb. Berlində 8586 yoluxma halı aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti