COVID-19 qurbanlarının sayı 554 mini ötdü

   COVID-19 qurbanlarının sayı 554 mini ötdü
  10 İyul 2020    Oxunub:3447
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxanların sayı 12 milyon 306 min 165, pandemiya qurbanlarının sayı isə 554 min 803 nəfərdir.

İndiyədək 7 milyon 154 min 596 koronavirus xəstəsi sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti