189 azərbaycanlı Kiyevdən ölkəyə gətirildi

  09 İyul 2020    Oxunub : 2867
 189 azərbaycanlı Kiyevdən ölkəyə gətirildi
İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Azvision.az

Teqlər: AZAL   Kiyev