TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı

 TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı
  10 İyul 2020    Oxunub:4417
Azərbaycanda koronavirusla bağlı 9 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7505 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 544 min 735-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 329, süni tənəffüs cihazında olan xəstə sayı 59-dur.

Hazırkı dövrədək ölkəmizdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib. Aktiv xəstə sayı 8589 nəfərdir.

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti