Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

  09 İyul 2020    Oxunub : 2142
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kənan Əsgərova qardaşı Sənan Əsgərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı xüsusi üsulla gizlədilmiş qab süngərlərin içərisində 19,848 qram narkotik vasitə olan marixuana və 1,404 qram narkotik vasitə heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Narkotik   Həbsxana