Nazirlər Kabineti sürücülərlə bağlı qərar verdi

Nazirlər Kabineti sürücülərlə bağlı qərar verdi
  09 İyul 2020    Oxunub:2523
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasının təsdiq edilməsi haqqında” qərar verib.
Azvision.az xəbər verir ki, qərara əsasən, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” təsdiqlənib.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar   Sürücü  





Xəbər lenti