“Rusiya Azərbaycanın təşəbbüsünü dəstəkləyir” - Zaxarova

“Rusiya Azərbaycanın təşəbbüsünü dəstəkləyir” -  Zaxarova
  09 İyul 2020    Oxunub:5069
Rusiya BMT Baş Assambleyasının koronavirus (COVID-19) mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, xüsusi sessiyanın çağırılması təşəbbüsü daha əvvəl Moskva tərəfindən dəstəklənib.

XİN rəsmisi koronavirus pandemiyasının yayılması və onun mənfi nəticələri ilə mübarizədə konstruktiv müzakirələrə ümid etdiklərini vurğulayıb.

"Əminik ki, xüsusi sessiya konstruktiv mühitdə keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Bu kontekstdə maraqlı müzakirələr gözləyirik”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. 130-dan çox ölkə bu təşəbbüsü dəstəkləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Zaxarova  





Xəbər lenti