Ölkədə e-sağlamlıq kartı alanların sayı artıb

Ölkədə e-sağlamlıq kartı alanların sayı artıb
  09 İyul 2020    Oxunub:2064
Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 0,2% artıb.
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən Azvision.az -a verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında verilən e-sağlamlıq kartlarının sayı 27 180 ədəd artaraq 13 909 991 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 1619 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 114 560-a çatıb.

Cari ilin ilk altı ayı ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 8010 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 391 334 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 2,1% üstələyir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.

Azvision.az



Teqlər: Səhiyyə  





Xəbər lenti