Dövlət Agentliyinin vəzifələri azaldıldı

Dövlət Agentliyinin vəzifələri azaldıldı
  09 İyul 2020    Oxunub:3353
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifələri azaldılıb.
Azvision.az -ın məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə qeyd olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirməsi vəzifəsi ləğv edilib.

Bunan başqa, fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev   AAYDA  





Xəbər lenti