Moskva küçələrində məcburi maska rejimi ləğv edilir

Moskva küçələrində məcburi maska rejimi ləğv edilir
  09 İyul 2020    Oxunub:2698
İyulun 13-dən etibarən Moskva küçələrində məcburi maska taxmaq rejimi ləğv ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, küçələrdə maskadan istifadənin məcburiliyi aradan qaldırılır: “Ancaq yenə də ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maska və əlcəklərdən istifadə etmək lazımdır", - deyə mer vurğulayıb.

Sobyanin sosial məsafənin qorunması tələbinin hələ də qüvvədə olduğunu əlavə edib.

Daha əvvəl isə bildirilirdi ki, avqustun 1-dən Moskvada 3 min nəfərlik oturacaq tutumuna malik kinoteatrlar, teatrlar və konsert salonlarının fəaliyyəti bərpa olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti