“Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir” - Aqil Abbas

 “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir” -  Aqil Abbas
  09 İyul 2020    Oxunub:2921
ATƏT-in Minsk qrupu həmsədrlərinin işi yeyib-içmək, vaxtı uzatmaq və ermənilərin tərəfində dayanmaqdan ibarətdir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, həmsədrlər işğalçı ölkəyə vaxt qazandırmağa və ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma aparmalarına imkan yaradırlar.

"ATƏT bu ideyaya qulluq edir. Bunu hamı bilir. ATƏT-i həmişə öz çıxışlarımda, yazılarımda tənqid edirəm. Prezident İlham Əliyevin modul tipli hospitalın açılışında dediyi fikirlər yol xəritəsidir. Biz apreldəki qələbəni yenidən təkrarlaya və düşməni məğlub edə bilərik”.

Deputat hesab edir ki, Azərbaycan ordusunun gücü, qüdrəti nəinki Dağlıq Qarabağı terrorçulardan xilas etməyə imkan verir, ordumuz hətta İrəvana kimi gedə bilər.

“Prezident İlham Əliyevin çıxışı təkcə Ermənistana deyil, bütün dünyaya ciddi mesajdır. Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan ordusu Ali Baş Komandanın döyüş əmrini icra etməyə hər an hazırdır. Növbəti döyüş apreldə olduğu kimi bizim qələbəmizlə yekunlaşacaq. Heç kimin buna şübhəsi olmasın".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Deputat  





Xəbər lenti