Ermənistanda müxalif deputatların “ovuna” başlanıldı

Ermənistanda müxalif deputatların “ovuna” başlanıldı
  09 İyul 2020    Oxunub:2287
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qagik Tsarukyanın partiyasından olan keçmiş deputatların “ovuna” başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb.

Bu günlərdə Tsarukyan fraksiyasının keçmiş deputatı Vanik Asatryan tutulub. Ona seçkiqabağı rüşvət vermə maddəsi ilə ittiham irəli sürülüb.

Qəzetin yazdığına görə, MTX fraksiyanın keçmiş və ya indiki üzvlərinin evlərində, ofislərində axtarışları davam etdirir.

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Tiqran Stepanyan partiyanın ofisindəki iş yerində axtarışların aparıldığını söyləyib.

"Ofis işləmir, seçkidən sonra bağlandı. Onlar partiyaya qoşulanların adları olan siyahıları götürüblər. Bizdə yalnız bu var idi”, - deyən Stepanyan MTX-nın hərəkətlərindən qorxmadığını söyləyib.

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri, ölkənin ən böyük iş adamlarından olan Qaqik Tsarukyan külli miqdarda vergidən yayınmaq, seçiciləri rüşvətlə ələ almaq və böyük torpaq sahələrini mənimsəməkdə ittiham olunur. Onun parlament toxunulmazlığı ləğv edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÇiçəklənənErmənistan  





Xəbər lenti