300-dən çox maşın postlardan geri qaytarıldı

   300-dən çox maşın postlardan geri qaytarıldı
  09 İyul 2020    Oxunub:2329
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.
İdarədən Azvision.az -a bildirilib ki, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-i rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb.

Ümumilikdə 325 nəqliyyat vasitəsinin müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: DYP   Maşın   Post  





Xəbər lenti