Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
  09 İyul 2020    Oxunub:2373
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 5 yoluxma halı qeydə alınıb.
Azvision.az “StopCoV” saytına istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 968 nəfərə çatıb.

Hazırda 4425 nəfər karantində saxlanılır, 222 nəfər isə stasionar şəraitdə müalicə alır.

İndiyədək 844 nəfər sağalıb, 15 xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti