Ekspress avtobusların iş qrafiki dəyişdirildi

Ekspress avtobusların iş qrafiki dəyişdirildi
  09 İyul 2020    Oxunub:4280
Ekspres xətlərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur. Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir.

Son iki-üç gün ərzində aparılan təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.

Dəyişikliyə əsasən, iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.

Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti