190 manat nə vaxt veriləcək? - Nazir müavini açıqladı

  08 İyul 2020    Oxunub : 2989
   190 manat nə vaxt veriləcək? -    Nazir müavini açıqladı
Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial müdafiə, təminat proqramlarının icrası təmin olunub. Hətta koronavirus pandemiyası ilə əlaqədar bu tədbirlərin icrası daha da genişləndirilib və bu gün də icra olunmaqda davam etdirilir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkəmizdə sosial müdafiə və təminat proqramları ixtisar olunmayıb, ili sonuna qədər nəzərdə tutulan layihələrin icrası gözlənilir.

"2020-ci ildə ölkə başçısının tapşırığı ilə şəhid ailələrinə 1500 mənzilin verilməsi nəzərdə tutulub. Mənzillərin müəyyən hissəsi artıq bu kateqoriyadan olan şəxslərə paylanılıb. İlin sonuna qədər proqramın icrası təmin olunacaq".

A.Əliyev bildirib ki, son aylar nazirlik tərəfindən 14 minə yaxın ailə ünvanlı sosial yardıma cəlb olunub.

"Hazırda 85 min ailə və ya 300 mindən çox şəxs bu yardımı alır. Bu yaxınlarda proqramla bağlı qanunvericiliklə dəyişiklik olub və müraciət üçün bir sıra şərtlərdə yumşalmalar edilib. Bundan əlavə, ölkənin 16 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həmin bölgələrdən olan 300 minə yaxın şəxşə yenidən 190 manatlıq birdəfəlik ödəmə veriləcək. Yaxın günlərdə ödənişin verilməsi tam şəkildə təmin ediləcək. Bunun üçün 55 milyon manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulub".

Azvision.az

Teqlər: ƏƏSMN