Sabiq baş nazir Paşinyanla bağlı ifşaedici faktlar açıqladı

Sabiq baş nazir Paşinyanla bağlı ifşaedici faktlar açıqladı
  08 İyul 2020    Oxunub:2973
"Nikol Paşinyan hakimiyyətə inqilab nəticəsində deyil, çevriliş nəticəsində gəlib. İnqilab dəyərlərin dəyişməsidir, mövcud idarəetmə keyfiyyəti isə təhlükəlidir, ölkə hər gün geriləyir”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib.

Onun sözlərinə görə, baş nazirin, komendantın və utancverici səhiyyə nazirinin şəxsində ölkədə zəif idarəetmə aparılır.

“Epidemiya daha 5-6 il davam edəcək, qışda yenidən baş qaldıracaq. Ermənistanda çox zəif bir "kilidləmə" tətbiq olundu, karantin ümumiyyətlə yox idi. Ödənişlər yalnız telefonla aparılmalı, şəxsi əlaqə daha da məhdudlaşdırılmalı idi, bu gün pul virusu yayır. İrəvanda heç bir küçə yuyulmur ”,- deyə sabiq baş nazir vurğulayıb.

Baqratyanın sözlərinə görə, yalnız maska geyinmək virusun yayılmasına mane olmur və hətta hakimiyyətin maska biznesindən faydalandığını düşünmək olar.

“Bu gün Ermənistanda 700 min yoluxmuş var. Bizim yoluxma nisbətimiz İsveç kimi karantin elan etməmiş ölkələrlə müqayisədə daha yüksəkdir. Ölkəmiz hasarlanıb, getdikcə ölməkdədir. Hər kəs yoluxsa belə, bu, heç bir məna daşımır, çünki onsuz da xəstələnən insanlar yenidən yoluxur, antitel az faizdə əmələ gəlir. Sübut olundu ki, infeksiyadan sonra sağlamlıq problemləri yaranır: diabet, ürək-damar”.

Keçmiş baş nazirin sözlərinə görə, fövqəladə vəziyyət rejimini uzatmağa ehtiyac yoxdur, bunsuz vəziyyət idarə edilə bilər. O hesab edir ki, fövqəladə vəziyyət rejiminin məqsədi mitinqlərə qadağa qoymaqdır:

"Əgər xalq əsl inqilab etmək istəyirsə, qoy demokratik azadlıqlarını tələb etsin. Paşinyan populistdir və buna görə mübarizəmiz nəticəsiz qalıb. Fürsətdən istifadə edib, diktatura yolu ilə getməyə çalışır. Komendant Avinyan yalnız atasının biznesini təbliğ edir, rəqabət olmadan testlər istehsal edir, maskalar alırlar”.

Baqratyanın sözlərinə görə, pandemiya ermənilərin kütləvi qırğınına səbəb olacaq, ölənlərin real sayı min nəfəri keçib, yüzlərlə ölüm qeydə alınmayıb.

“Bu, soyqırımdır. Dünyadakı orta göstəricilərə görə, bizdə yoluxma sayı 5 min olmalı idi, amma 30 min var. Paşinyan qaçılmaz olan və 20-30 il oturmalı olacağı, gələcək məhkəməni düşünür".

Keçmiş baş nazirin sözlərinə görə, bu gün Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi mövcuddur. Məsələn, baş nazirin Moskvaya parad ziyarətinin ləğvi səbəbi aydın deyil.

“Bir çox məmur anti-Rusiya bəyanatları verir. Paşinyan yalnız şəxsi hakimiyyətini gücləndirmək üçün pandemiyadan necə istifadə etməyi düşünür", - sabiq baş nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti