Tonoyanın müavini koronavirusa yoluxdu

 Tonoyanın müavini koronavirusa yoluxdu
  08 İyul 2020    Oxunub:2542
Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan deyib.

Onun sözlərinə görə, Balayan bu gün keçirilən iclasda iştirak etməli idi: "Ancaq o, xəstədir və yəqin ki, bilirsiniz. Görünür, bu xəstəlik hər kəsin qapısını döyür”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistanparlamenti  





Xəbər lenti