Rusiya Gününün tarixi dəyişdirilə bilər - Putinə müraciət

  08 İyul 2020    Oxunub : 1794
Rusiya Gününün tarixi dəyişdirilə bilər -  Putinə müraciət
Prezident Vladimir Putinə Rusiya Gününün qeyd edilməsini 12 iyun tarixindən 1 iyula keçirilməsi barədə müraciət edilib.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir təşəbbüslə Rusiya Federasiyasının İctimai Palatasının üzvü, Milli Valideynlər Komitəsinin sədri İrina Volnets çıxış edib.

Onun sözlərinə görə, iyunun 12-ni bir çox ruslar ölkənin müstəqilliyi ilə deyil, Sovet İttifaqının dağılması ilə əlaqələndirirlər.

"Rusiya vətəndaşlarının böyük əksəriyyətinin Konstitusiyaya düzəlişləri dəstəkləməsi ilə əlaqədar olaraq xahiş edirəm ki, hökumətə son tarixin təsdiqlənməsi barədə göstəriş verəsiniz. 1 iyul Rusiya Günü elan edilsin və bu tarix dövlət bayramı və istirahət günü olsun”, - deyə müraciətdə bildirilib.

Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı referendum 1 iyulda keçirilib, 4 iyulda isə qüvvəyə minib. Ümumilikdə Konstitusiyaya 206 dəyişiklik edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya