İsrailin Səhiyyə Xidmətinin rəhbəri istefa verdi

 İsrailin Səhiyyə Xidmətinin rəhbəri istefa verdi
  07 İyul 2020    Oxunub:4518
İsrailin Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə xidmətinin rəhbəri, professor Siqal Sadeçki istefa verib və hökumətin koronavirusla əlaqəli fəaliyyətini tənqid edib.
Azvision.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, o, koronavirusla mübarizənin ilk mərhələsinin peşəkar və vicdanlı şəkildə aparıldığını deyib.

“Təəssüf ki, pandemik nəzarət üçün kompas bir neçə həftədir öz istiqamətini itirib", - deyə istefa məktubunda yazıb.

O, həmçinin hökuməti virusun geniş yayılmasının qarşısının alınmasında əsassız qərarlar qəbul etməkdə günahlandırıb və bildirib ki, debatlara, müzakirələrə, məsləhətləşmələrə, forumlara çox vaxt sərf olunub.

“Professor Sigal Sadeçki İsrail vətəndaşlarının sağlamlığı üçün gecə-gündüz çalışan bir işçidir. Ona xidmətlərinə görə təşəkkür edirəm və gələcəkdə uğurlar diləyirəm", - ölkənin Səhiyyə naziri Yuliy Edelçteyn deyib.

Xatırladaq ki, İsraildə son həftdə koronavirusa yoluxanların sayında artım qeydə alınmaqdadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səhiyyənaziri  





Xəbər lenti