Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

  07 İyul 2020    Oxunub : 7416
 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu,  7 nəfər öldü
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 537 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.

Ötən müddət ərzində 529 min 875 test aparılıb. Bugünkü test sayı isə 7102-dır.

Azvision.az

Teqlər: Koronavirus   Statistika