İlham Əliyev İmperatora başsağlığı verdi

   İlham Əliyev İmperatora başsağlığı verdi
  07 İyul 2020    Oxunub:3163
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Yaponiyanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident faciə ilə əlaqədar İmperatora, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti